Misli Premyer Liqasında XXVI tura start verilib.
Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Araz-Naxçıvan” "Qarabağ”ı qəbul edib. "Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
"Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. "Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən "Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan "Araz-Naxçıvan”ın isə 46 xalı var.
Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.
Şərhlər