Bu ilin yanvar ayı ərzində turizm məqsədi ilə Azərbaycana 113 min 216 nəfər xarici ölkə vətəndaşı gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 1 149 nəfəri və ya 1%-i ölkəyə müalicə məqsədi ilə gəlib.
Müalicə üçün Azərbaycana gələnlərin yarıdan çoxu – 665 nəfəri Rusiya vətəndaşı olub.
Azərbaycana müalicə üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Rusiya – 665 nəfər
Türkiyə – 118 nəfər
Qazaxıstan – 88 nəfər
Gürcüstan – 87 nəfər
Özbəkistan – 35 nəfər
Tacikistan – 21 nəfər
Ukrayna – 19 nəfər
Qırğızıstan – 9 nəfər
İran – 7 nəfər
Belarus – 7 nəfər
Moldova – 5 nəfər
Türkmənistan – 3 nəfər
İsrail – 2 nəfər
Litva – 1 nəfər
Polşa – 1 nəfər
Latviya – 1 nəfər
Digər ölkələr – 64 nəfər
Şərhlər