Xəbər lenti

KİV: PKK terror təşkilatı qurultay keçirəcək, özünü buraxacaq
Dünya 15:39 09.03.2025

KİV: PKK terror təşkilatı qurultay keçirəcək, özünü buraxacaq

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultayı keçirəcəyi və özünü buraxacağı gözlənilir.

"Report” xəbər verir ki, bu barədə "Sabah” nəşri yazıb.

Qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.

İclasda xeyli sayda terrorçu iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək.

Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələt, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir. 

Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir.

Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->