Xəbər lenti

DİN vətəndaşlara müraciət edib: Təhlükəli sahələrə daxil olmayın
Ölkə 16:42 09.03.2025

DİN vətəndaşlara müraciət edib: Təhlükəli sahələrə daxil olmayın

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Qaynarinfo xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

"Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->