Çin kvant hesablamalarında yeni rekord vurmağı vəd edən kvant kompüterinin prototipini yaradıb. Yaradıcılarının fikrincə, kompüter adi superkompüterdən daha sürətli hesablamalar aparmağa qadirdir.
Qaynarinfo bu barədə "IFLScience" jurnalına istinadən xəbər verir.
Qeyd edilir ki, "Zuchongzhi-3" 105 kubitdən ibarətdir. Çin alimləri bu kvant kompüterinin bir neçə dəqiqə ərzində ikinci ən güclü superkompüter olan "Frontier"in tamamlanması üçün təxminən 6 milyard il çəkəcək kvant hesablamalarını həyata keçirə biləcəyini bildirib.
Nəşr izah edib ki, kvant kompüterləri üçün sınaq "Random Circuit Sampling" (RCS) adlanır. Bu sınaq zamanı prosessor təsadüfi kvant nümunələri yaradır və onların nəticələrini qiymətləndirir.
"Onun imkanlarını qiymətkləndirmək üçün komanda sistemdə 83 kbit-də 32 qatlı təsadüfi zəncir seçmə tapşırığını yerinə yetirdi. Hazırkı optimal klassik alqoritmlə müqayisədə hesablama sürəti dünyanın ən güclü superkompüterinin sürətini 15 bal üstələyir. Bundan əlavə, o, ötən ilin oktyabrında "Google" tərəfindən dərc edilmiş ən son nəticələri 6 bal üstələyir və bu günə qədər superkeçirici sistemdə ən güclü kvant hesablama üstünlüyü yaradır", deyə Çin Elm və Texnologiya Universitetindən araşdırma tamamlandıqdan sonra verilən açıqlamada bildirilir.
Nəşr vurğulayır ki, rəqəmlər təsdiqlənərsə, "Zuchongzhi-3" "Frontier" superkompüterindən 2 milyon dəfə, "Google"un "Sycamore"dan isə təxminən 1 milyon dəfə sürətli olacaq.
"Microsoft" əvvəllər texnologiyanın gələcəyini dəyişdirə biləcək sıçrayışlı kvant çipi yaratmışdı. Bu inkişaf ən güclü superkompüterlərin öhdəsindən gələ bilmədiyi problemləri həll etməyə qadir olan kvant kompüterlərinin yaradılmasına yol açır.
Bundan əlavə, texnologiya nəhəngi "Google" kvant hesablamaları sahəsində bir irəliləyiş elan etdi. O, dünyanın ən böyük superkompüterini 1025 il ərzində yerinə yetirəcək bir işi beş dəqiqə ərzində yerinə yetirməyə qadirdir.
Aydın
Şərhlər