Xəbər lenti

Məşhur aktrisa Parisdə dəbdəbəli toya hazırlaşır
Maqazin 21:51 21.10.2024

Məşhur aktrisa Parisdə dəbdəbəli toya hazırlaşır

Ben Afflekin keçmiş həyat yoldaşı, aktrisa Cennifer Qarner sevgilisi Con Miller ilə Parisdə toy etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly” nəşri məlumat yayıb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Cennifer Qarner Parisə son səfəri zamanı mükəmməl gəlinlik axtarır və bayram üçün məkanlara baxır. Mənbənin sözlərinə görə, aktrisa və sevgilisi bu şəhərə pərəstiş edir və gələn ilin yazında orada ailə qurmaq istəyir.

"Bu dəfə o, xəyal etdiyi yerdə böyük bir toy istəyir və Con onun üçün hər şeyi edir. Con Benin heç vaxt etmədiyini Cennifer üçün etmək istəyir. Onun çoxlu pulu var və sevgilisinə çoxlu pul xərcləməyə hazırdır", deyə mənbə bildirib.

Cennifer Qarner və Ben Afflek 2005-2018-ci illərdə evli olublar. Onlar 2015-ci ildə ayrılıb, lakin bir neçə il sonra rəsmi olaraq evliliklərini bitiriblər. Məşhurların üç övladı var - qızları Violet Ann və Fin, oğlam övladları Samuel.

2023-cü ilin iyul ayında "Life&Style" Cennifer Qarner və sevgilisi Con Millerin nişanlandığını bildirib. Qeyd edilib ki, sevgililər bir-birini 5 ildən artıqdır tanıyırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->