Xəbər lenti

Merz: Orban Avropa mandatı və ya Aİ-nin təsdiqi olmadan Moskvaya getdi
Dünya 23:23 28.11.2025

Merz: Orban Avropa mandatı və ya Aİ-nin təsdiqi olmadan Moskvaya getdi

Macarıstanın Baş naziri Viktor Orban danışıqlar üçün Avropa mandatı və Avropa İttifaqı liderlərinin təsdiqi olmadan Moskvaya səfər edib. 

Qaynarinfo xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bunu Berlində Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransında bildirib.

Merz qeyd edib ki, bu, Orbanın Moskvaya ilk səfəri deyil - o, artıq 2024-cü ildə Macarıstanın Avropa Şurasına sədrliyi dövründə Rusiya paytaxtına səfər edib. Kansler bu cür diplomatik təşəbbüslərin effektivliyinə şübhə ilə yanaşdığını bildirib:

"O, ora Avropa mandatı və ya bizim təsdiqimiz olmadan gedir. Amma burada yeni bir şey yoxdur: onun bu müharibəyə son qoymaqla bağlı öz fikirləri var".

Orban Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gəlib. Danışıqların əsas mövzuları Rusiyanın Macarıstana enerji təchizatı və Ukraynadakı münaqişə olacaq. Orban səfərinin məqsədinin ölkənin qarşıdan gələn qış üçün enerji təchizatını təmin etmək olduğunu bildirib. Bu, liderlər arasında 2022-ci ildən bəri keçirilən dördüncü görüşdür. 

Aİ-nin mövqeyinə baxmayaraq, Orban Putinlə müntəzəm əlaqə saxlayır. Macarıstanın baş naziri 2022-ci ildən bəri Rusiya lideri ilə üç dəfə görüşüb - sonuncu görüş 2024-cü ilin yayında baş tutub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->