Xəbər lenti

Orban Moskvada Putinlə görüşəcəyini açıqladı - Nə barədə danışılacaq?
Dünya 11:59 28.11.2025

Orban Moskvada Putinlə görüşəcəyini açıqladı - Nə barədə danışılacaq?

Macarıstanın baş naziri Viktor Orban təsdiqləyib ki, o, cümə günü Moskvaya gedir və orada Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. 

Qaynarinfo "Reuters”ə sitinadla yazır ki, o, bunu "Facebook”dakı video müsahibəsində bildirib.

"(Moskvaya) qış və gələn il üçün Macarıstanın enerji təchizatını təmin etmək məqsədilə gedirəm”, deyə Orban bildirib.

Ukrayna üzrə sülh razılaşmasının gündəlikdə olub-olmayacağı sualına Orban belə cavab verib: "Bunu yəqin ki, görməzlikdən gəlmək mümkün olmayacaq”.

Baş nazir həmçinin daha əvvəl bəyan etmişdi ki, Tramp və Putin arasında Ukrayna mövzusunda Budapeştdə "sülh sammiti” keçirmək planlarını diriltmək istəyir.

Rusiya KİV-lərinin yazdığına görə, Kremlin sözçüsü Dmitri Peskov artıq Moskvada Orban–Putin görüşünü təsdiqləyib.

Qeyd edək ki, NATO və Avropa liderlərinin əksəriyyətindən fərqli olaraq, Orban Rusiya ilə münasibətləri davam etdirir və eyni zamanda Qərbin Kiyevə göstərdiyi hərbi yardımı tənqid edir.

"Politico”nun məlumatına görə, Orban Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası administrasiyasına göndərdiyi məktubda bildirib ki, Macarıstan Ukraynaya yardım məqsədilə Aİ-nin qəbul edəcəyi bütün birgə qərarları bloklayacaq – ta ki, Kiyev Donald Trampın sərt şərtlərdən ibarət "sülh planı” ilə razılaşana qədər.

O həmçinin daha əvvəl demişdi ki, Ukraynanın Rusiyaya qarşı hazırkı müharibədə "heç bir şansı yoxdur”. Buna görə də o, Aİ-nin Kiyevə əlavə maliyyə dəstəyi göstərməsini "sadəcə dəli bir addım” adlandırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->