Neftçala Rayon İcra Hakimiyyəti Neftçala rayonunda görüləcək abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Avtoyoltikintiservis" MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 1 135 109,92 manat ödənilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, haqqında heç bir məlumat olmayan bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir və əsasən yerli icra hakimiyyətlərinin tikinti, təmir və abadlıq işləri ilə bağlı keçirdikləri tenderləri qalibi olur.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər