Sumqayıt şəhəri Novxanı qəsəbəsində fəaliyyət göstərən "Su Səsi” restoranında oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, restoranda xadimə işləyən şəxsin "Honor” markalı telefonu oğurlanıb. Həmçinin telefonda olan bank tətbiqi vasitəsilə xadimənin kart hesabından 1030 manat pul çıxarılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, oğurluğu restoranda ofisiant işləyən Bünyamin Müzəffərov (şərti) törədib. Həmçinin məlum olub ki, o, köşklərin birindən 1500 manat, kirayə yaşadığı evin sahibinin isə telefonunu oğurlayıb.
Bünyamin Müzəfərrova Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.3-1-ci (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimakn tədbiri seçilib.
Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Mirsadıq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Bünyamin Müzəffərov verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O iddia edib ki, xadimənin telefonunu başqa bir ofsiant həmkarının sifarişi ilə oğurlayıb. Telefonu da pulları da həmin ofisianta verib.
Lakin o dediklərinə dair heç bir sübut göstərə bilməyib. Bu baxımdan, məhkəmə onun ifadəsini öözünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlib.
Məhkəmənin hökmü ilə Bünyamin Müzəffərova 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Seyid
Şərhlər