Xəbər lenti

İşdən çıxarılan direktora yeni vəzifə verildi
Ölkə 11:41 08.09.2025

İşdən çıxarılan direktora yeni vəzifə verildi

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin işdən çıxarılan direktoru Esmira Azər qızı Ağayevaya yeni vəzifə verilib. 

Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü Esmira Ağayeva Yasamal rayon ərazisində yerləşən 158 nömrəli tam orta məktəbin direktoru təyin edilib.

Qeyd edək ki, Esmira Ağayeva 2020-ci ilin iyul ayında Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru təyin olunmuşdu. O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->