Xəbər lenti

Xalq rəssamı Nazim Bəykişiyevin vəziyyəti kritikdir
Ölkə 13:22 08.09.2025

Xalq rəssamı Nazim Bəykişiyevin vəziyyəti kritikdir

"Atam bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkir, vəziyyəti kritikdir".

Bu barədə APA-ya Xalq rəssamı Nazim Bəykişiyevin oğlu Zöhrab Bəykişiyev məlumat verilib.

O bildirib ki, maddi sıxıntılar ucbatından hazırda atsını xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bu barədə aidiyyəti qurumlara məlumat verilib".

Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akdemik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->