Xəbər lenti

Şəkər və undan 24 saat imtina etsək orqanizmdə nə baş verər?
Sağlamlıq 13:49 08.09.2025

Şəkər və undan 24 saat imtina etsək orqanizmdə nə baş verər?

Sadəcə bir gün şəkər və unu kəsmək sağlamlığa əhəmiyyətli təsir göstərə bilər. Bu əsas qidaları aradan qaldırmaq qan şəkərini tarazlayır, orqanizmdə suyun tutulmasını azaldır və istəkləri dəyişdirir. Bu pəhriz dəyişikliyi iltihabı azaldır, enerjini artırır və enerji enişlərinin qarşısını alaraq diqqəti yaxşılaşdırır.

Bunun üçün isə ilk olaraq boşqabınızdakına baxın. Sağlamlıq problemlərinin çoxu düzgün olmayan pəhrizdən başlayır. "Nə yeyirsənsə, osan” ifadəsinin doğru olduğu ortaya çıxıb! Sistemi yenidən işə salmağın ən yaxşı yolu nədir? Şəkər və unu kəsmək. Onları pəhrizdən çıxarmaq, cəmi 24 saat belə olsa, sağlamlığınıza müsbət təsir göstərə bilər.

Şəkər və un bir çox müasir qidalanmanın əsasını təşkil etsə də, onlar adətən iltihab, qan şəkərinin yüksəlməsi və enerji enişləri ilə əlaqələndirilir. Onları qısa müddətlik də olsa aradan qaldırmaq, bədənin mühüm sistemlərinin yenidən işə düşməsinə şərait yaradır.
 
Qaynarinfo şəkər və unun yalnız bir gün qida rasionumuzdan çıxardıqda nə baş verdiyini və bunun niyə vacib olduğu haqqında məlumatları təqdim edir:

Qan şəkəri tarazlanmağa başlayır

Xüsusilə şirniyyatlarda, qazlı içkilərdə və emal olunmuş un məmulatlarında rast gəlinən şəkər və unun rafinə növləri kənarlaşdırıldıqda, orqanizmdə qan şəkərinin yüksəlməsi sürətlə azalır.

Bunun səbəbi, sadə karbohidratlarla zəngin qidaların tez bir zamanda qlükozaya parçalanaraq qan şəkərində kəskin artıma səbəb olmasıdır. Bu zaman mədəaltı vəzi qlükozanı hüceyrələrə daşıyan insulin hormonunu ifraz edir. Zamanla bu tez-tez baş verən yüksəlişlər tip 2 diabetin başlanğıcı olan insulin müqavimətinə gətirib çıxara bilər.

Bu faktorlar aradan qaldırıldıqda, qan şəkəri tarazlaşır və insulinin həssaslığı artır.

Bədənə artıq su yığır

Şəkər və unun azaldılması qaraciyər və əzələlərdəki qlikogen ehtiyatlarını tükəndirir. Hər qram qlikogen 3-4 qram su ilə bağlanır. 24 saat ərzində qlikogen enerji üçün istifadə olunarkən, bu su sərbəst buraxılır. Bu isə şişkinliyi və ödemi azaldır. İnsulinin azalması böyrəklərin artıq natriumu atmasına kömək edir və bu da bədəndə maye yığılmasını azaldır. Nəticədə insan özünü daha yüngül hiss edir.

Şəkər və rafinə un qəbul edildikdə beyində dopamin artır. Bu isə istəklərin yaranmasına, hətta yüngül asılılığa səbəb ola bilər. Onları 24 saat aradan qaldırmaq, bu mükafat sisteminin yenidən kalibrlənməsinə imkan verir. Beyin daha az dopamin stimulyasiyasına uyğunlaşdığı üçün əvvəlcə daha güclü istəklər hiss edə bilərsiniz, lakin bu, şəkər asılılığının azalmasının başlanğıcıdır. Bu keçidi asanlaşdırmaq üçün qida dəyəri yüksək qidalar qəbul edilməlidir.

İltihabı azaldır

Şəkər və un qan şəkərini artıraraq və zərərli bağırsaq bakteriyalarını qidalandıraraq iltihabı gücləndirir. Onları kəsdikdən sonra 24 saat ərzində qan şəkəri tarazlandıqca və oksidativ stress azaldıqca iltihab zəifləməyə başlayır. Qaraciyər və böyrəklər iltihab törədən məhsulları təmizləyir, bu isə şişkinliyin və "beyin dumanı”nın azalmasına səbəb olur.

Enerjini artırır

Şəkər və rafinə un, qanda enerji dalğalanmalarının əsas səbəblərindəndir. Onlar sürətli qlükoza dəyişikliklərinə görə enerji qalxmalarına və enişlərinə səbəb olur. Onları 24 saat kənarlaşdırdıqda isə, orqanizm yağ və protein mənbələrinə müraciət edərək enerjini sabitləşdirir. Bu, günortadan sonrakı enerji enişlərini azaldır və beyin sabit qlükoza mənbəyi aldığından zehni aydınlığı artırır. Həmçinin diqqəti və konsentrasiyanı gücləndirə bilər.

Şəkər və undan 24 saat uzaq durduqda, maddələr mübadiləsi yenilənir və bir neçə gün ərzində davam etdirilərsə, bütün sistem daha yaxşı işləməyə başlayır. Bununla belə, pəhrizdə hər hansı bir dəyişiklik etməzdən əvvəl, xüsusən də mövcud sağlamlıq probleminiz varsa, mütləq həkimlə məsləhətləşmək vacibdir.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->