Xəbər lenti

Ayxan Abbasovdan milli ilə bağlı ilk qərar
İdman 17:10 08.09.2025

Ayxan Abbasovdan milli ilə bağlı ilk qərar

Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") əsas yığmaya cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda baş tutacaq.

Bu gün əsas millinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. Ukrayna ilə oyuna millini U-21-ni baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Bolqarıstanla matçda isə onu köməkçisi Elnur Çodarov əvəzləyəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->