Xəbər lenti

22 yaşlı gürcü model dünyanın ən çox qazananları siyahısına daxil oldu
Maqazin 17:27 08.09.2025

22 yaşlı gürcü model dünyanın ən çox qazananları siyahısına daxil oldu

Gürcüstanın dağlıq bölgəsi Svanetidən olan 22 yaşlı Matilda Qvarliani yüksək moda dünyasında ən çox axtarılan və ən çox qazanan modellərdən biri seçilib. 

Qaynarinfo bu barədə Models.com qlobal resursunun "Pul siyahısı"na istinadən xəbər verir.

Matilda Qvarliani bu nüfuzlu siyahıda yer alan ilk gürcü və ilk Gürcüstan vətəndaşıdır.

Ən məşhur model agentliklərindən və moda evlərindən məlumat alan Models.com-un məlumatına görə, Matilda Qvarlianinin gəliri bu gün moda sənayesində ən yüksək gəlirlərdən biridir.

Qvarliani "Next New York", "Next Paris", "Next London", "Next Milan", "Iconic Management" (Berlin) kimi məşhur agentliklərlə əməkdaşlıq edir. "Louis Vuitton", "Saint Laurent", "Dior", "Calvin Klein" və H&M moda nümayişlərində iştirak edir. Onun şəkilləri "Vogue Korea", "Vogue Mexico", "Vogue Netherlands" və "D Repubblica" jurnallarının üz qabığında dərc olunub.

Gənc gürcü modellik karyerasına hələ 15 yaşı olmazdan əvvəl Florensiyada başlayıb. Eyni zamanda, Qvarliani məşhur PULL&BEAR brendinin reklam kampaniyası üçün çəkilib.

2019-cu ildə Milan Moda Həftəsi çərçivəsində "Dolce & Gabbana" şousunda iştirak edib. Daha sonra ən nüfuzlu agentliklər ona diqqət yetiriblər. O, "Victoria's Secret Fashion Show"da gəzən ilk gürcü modeli, həmçinin "Vogue" jurnalının üz qabığında görünən ilk gürcü modelidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->