Xəbər lenti

Hikmət Hacıyev Akif Çağatay Kılıçla görüşdü
Siyasət 00:24 26.02.2025

Hikmət Hacıyev Akif Çağatay Kılıçla görüşdü

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətləri müzakirə olunub. Həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, H.Hacıyev Türkiyədə səfərdədir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->