Xəbər lenti

Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək (ADLAR)
Sənət 13:56 26.02.2025

Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək (ADLAR)

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu
2) Camalov Vüqar Vaqif oğlu
3) Əliyev Rüstəm Qədim oğlu
4) Paşayev İlqar Əli oğlu
5) Rzayev Yavər Maarif oğlu
6) Hüseynli Səbinə Vaqif qızı

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.

Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->