Finlandiyada şərq sərhədindəki divarın tikintisini daha tez başa çatdırmağı planlaşdırdıqlarını deyirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə Finlandiyanın "Maaseudun tulevaisuus” qəzeti Sərhəd Mühafizə Xidmətinin rəhbəri Mark Hassinenin sözlərinə istinadən
yazıb.
Hassinenin qeyd etdiyi kimi, şərq sərhədində 200 kilometrlik divarın tikintisi qrafikdən əvvəl tamamlanacaq. Onun sözlərinə görə, işlərin tamamlanmasını bir neçə aya sürətləndirmək mümkün olub:
"Divarın böyük hissəsi bu il, bəzi hissələr isə gələn ilin ortalarında tamamlanacaq”.
Əvvəllər divarın tikintisinin 2026-cı ilin sonuna qədər başa çatdırılacağı gözlənilirdi. Onun böyük hissəsi cənub-şərq sərhədində yerləşəcək.
Məlum olduğu kimi, şərq sərhədindəki divar əvvəllər nəzərdə tutulduğundan yarım metr hündür, hörgü daha sıx, hasarın hündürlüyü isə 3,5 m olacaq.
Alpər
Şərhlər