Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın baş nazir seçilib.
Qaynarinfo xəbər verir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək baş nazir seçilib.
O, buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.
İclasda prezident Volodimir Zelenski də iştirak edib.
Qeyd edək ki, müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub.
Şərhlər