Xəbər lenti

ABŞ “Şahed”in ucuz analoqu olan LUCAS dronunu təqdim etdi
Dünya 14:33 17.07.2025

ABŞ “Şahed”in ucuz analoqu olan LUCAS dronunu təqdim etdi

ABŞ-da İranın "Şahed-136” kamikadze dronuna bənzəyən, lakin daha ucuz və funksional sayılan yeni pilotsuz sistem – LUCAS (Low-Cost Uncrewed Combat Attack System – Aşağı Maliyetli Pilotsuz Hücum Sistemi) təqdim olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Defence Blog” məlumat yayıb.

Yeni dronun təqdimatı ABŞ müdafiə naziri Pit Hegsetin iştirakı ilə Pentaqonun daxili həyətində baş tutub. Tədbir çoxsahəli əməliyyatlar üçün avtonom sistemlərin nümayişi çərçivəsində keçirilib. LUCAS sistemini ABŞ-ın Arizona ştatında yerləşən SpektreWorks şirkəti hazırlayıb.

LUCAS aşağı logistika tələbləri ilə etibarlı və iqtisadi cəhətdən səmərəli döyüş dronu kimi qiymətləndirilir. Dronun açıq arxitekturası ona müxtəlif növ faydalı yüklərin – kəşfiyyat avadanlığı, hücum vasitələri və ya rabitə modullarının – inteqrasiyasına imkan verir.

Dron hədəf təlim cihazı və ya döyüş dronu kimi işləyə bilər. Onun enerjisi opsional xarici mənbədən təmin oluna bilər. İstifadə üsulları arasında yük maşınından buraxılış və ya raket gücləndirici ilə start da mövcuddur. Bu isə sistemin tez yerləşdirilməsini və xüsusi təlim keçmiş heyətə ehtiyac olmadan istifadəsini mümkün edir.

LUCAS digər dronlarla avtonom qarşılıqlı əlaqədə işləyə və şəbəkə əsaslı hücumlar həyata keçirə bilir. O, ənənəvi platformalara nisbətən daha az xərc tələb edir. Bordda olan şəbəkə avadanlığın uçuş zamanı məsafədən dəyişdirilməsini və 28V və 12V enerji mənbələri ilə işləməyi təmin edir.

SpektreWorks bildirir ki, LUCAS artıq sınaqlardan uğurla keçib və istehsala hazırdır. Dronun rabitə təkrarlayıcısı (retanslyator) funksiyasını da yerinə yetirməsi planlaşdırılır.

Hərbi analitiklərin fikrincə, LUCAS ABŞ-ın ayrı-ayrı mövqelərdə aparılan əməliyyatlar üzrə potensialını, xüsusilə Hind-Sakit okean regionunda, əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->