Xəbər lenti

Azərbaycan XİN İraqa başsağlığı verdi
Siyasət 11:04 17.07.2025

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Qaynarinfo-nun məlumatına görə, XİN-in "X" hesabında bununla bağlı paylaşım edilib.

"İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq", - deyə paylaşımda qeyd edilib.

İraqın Kut şəhərindəki ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər ölüb, üçgünlük matəm elan edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->