Xəbər lenti

Maliyyə bilikləri hər kəs üçündür: AccessBank-dan Tələbələrin Akselerasiya Proqramına dəstək
Ekonomiks 11:35 17.07.2025

Maliyyə bilikləri hər kəs üçündür: AccessBank-dan Tələbələrin Akselerasiya Proqramına dəstək

AccessBank korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, cəmiyyətin həssas qruplarının bilik və bacarıqlarının inkişafına dəstəyini davam etdirir. 

Təlimlər DOST Agentliyinin icra etdiyi Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində təşkil olunur. Proqramın əsas məqsədi gənclərin bilik və bacarıqlarını artırmaqla onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək verməkdir. 

AccessBank-ın dəstəyi ilə həyata keçirilən təlimlər zamanı iştirakçılarla büdcə planlaması, qənaət vərdişlərinin formalaşdırılması, səmərəli maliyyə idarəçiliyi, təhlükəsiz bank əməliyyatları, eləcə də rəqəmsal bankçılıq xidmətlərindən düzgün istifadə mövzularında interaktiv və praktik sessiyalar keçirilib. Təlimlər iştirakçılara gündəlik həyatda qarşılaşdıqları maliyyə qərarlarını daha məlumatlı və inamla vermək imkanı yaradıb.

AccessBank-ın KSM strategiyasının prioritet istiqamətlərindən biri məhz sosial həssas qrupların iqtisadi bilik və bacarıqlarının artırılmasıdır. Bank gələcəkdə də bu kimi layihələrə fəal şəkildə dəstək verməyə, inklüziv və bilik əsaslı cəmiyyətin qurulmasına töhfə verməyə davam edəcək.

- Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 74.05% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.5 dəfə yüksəkdir. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->