Xəbər lenti

Barak və Mişel Obamalar boşanma şayiələrini zarafatla şərh etdi
Dünya 12:48 17.07.2025

Barak və Mişel Obamalar boşanma şayiələrini zarafatla şərh etdi

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama aparıcı Kreyq Robinsonun podkastında boşanma ilə bağlı yayılan söz-söhbətlərə zarafatyana münasibət bildiriblər.

Qaynarinfo xəbər verir ki, veriliş zamanı aparıcı cütlüyü birlikdə görməkdən məmnun olduğunu bildirib. Bunun qarşılığında Mişel Obama deyib: "Bilirəm, çünki biz ayrı-ayrılıqda ictimaiyyət qarşısına çıxanda, insanlar düşünür ki, boşanmışıq".

Barak Obama isə bu fikrə zarafatyana cavab verərək əlavə edib: "O məni geri qəbul etdi, amma bir müddət vəziyyət kəskin idi".

Mişel isə söhbətə davam edərək, boşanma haqqında heç vaxt düşünmədiyini vurğulayıb.

Mart ayında Barak Obamanın təkbaşına ictimai tədbirdə görünməsi boşanma ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu. O, "Intuit Dome" stadionunda "Klippers" komandasının sahibi Stiv Balmer və onun həyat yoldaşı Konni Snayderlə birlikdə basketbol oyunu izləyib. "Klippers" "Detroit Pistons" komandasını 123:115 hesabı ilə məğlub edib. Mişel Obamanın həmin tədbirdə olmaması pərəstişkarlar arasında cütlüyün ayrılığı barədə ehtimalları gücləndirmişdi.

Lakin aprel ayında Barak və Mişel Obama dörd aylıq fasilədən sonra ilk dəfə birgə görüntülənmiş və bu da boşanma söz-söhbətlərinə son qoymuşdu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->