Xəbər lenti

Donald Trampın imzası ABŞ dollarının üzərində yerləşdiriləcək
Dünya 11:12 27.03.2026

Donald Trampın imzası ABŞ dollarının üzərində yerləşdiriləcək

ABŞ-ın Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni planını təqdim edib. Belə ki, milli valyuta olan ABŞ dollarının üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

S.Bessent mövzu ilə bağlı çıxışında qeyd edib ki, Prezident Donald Trampın və dövlətin tarixi uğurlarını yaddaşlarda saxlamaq üçün onun adını daşıyan ABŞ dollarlarının dövriyyəyə buraxılmasından daha təsirli vasitə mövcud deyil.

Xatırladaq ki, 1776-cı ildə imzalanan İstiqlaliyyət Bəyannaməsi ilə ABŞ-nin Britaniya İmperiyasından asılılığına son qoyulub. Sözügedən sənəd Konqres tərəfindən 1776-cı il iyulun 2-də Pensilvaniya ştatına daxil olan Filadelfiya şəhərində qəbul olunub. İki gün ardınca Konqres bəyannamənin redaktə edilmiş variantını təsdiqləyərək çap edilməsi və xalqa paylanması barədə qərar qəbul edib. Məhz bu səbəbdən iyulun 4-ü ABŞ-nin yaranma günü kimi tarixə düşüb.
--> -->