Xəbər lenti

Texnologiya və beyin arasında səssiz savaş: Al beynimizi tənbəlləşdirir?
Sağlamlıq 12:16 27.03.2026

Texnologiya və beyin arasında səssiz savaş: Al beynimizi tənbəlləşdirir?

Süni intellektin (Al) sürətlə gündəlik həyata daxil olması insan beyninin tənbəlləşib-tənbəlləşməyəcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Neyrobiologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, istifadə olunmayan sinaptik əlaqələr zamanla zəifləyə bilər. Əsas sual isə budur: düşünmə prosesinin bir hissəsini maşınlara həvalə etmək zehni qabiliyyətlərimizə necə təsir edəcək?

Qaynarinfo xəbər verir ki, süni intellekt artıq yalnız fiziki deyil, həm də koqnitiv prosesləri öz üzərinə götürməyə başlayıb. Bu isə insan beyninin neyroplastiklik xüsusiyyəti və zehni bacarıqlara təsiri ilə bağlı yeni müzakirələr doğurur. Mütəxəssislərə görə, süni intellekt düzgün istifadə olunduqda güclü bir dəstək ola bilər, lakin yanlış istifadə zehni passivliyə səbəb ola bilər.

Professor Derya Murat Özgün bildirir ki, süni intellekt texnologiyaları artıq həyatın bir çox sahəsinə daxil olub: mətn yazmaq, məlumat əldə etmək və bəzi qərar prosesləri bu vasitələrlə həyata keçirilir. Onun sözlərinə görə, bu mövzu müasir neyrobiologiyanın əsas müzakirə istiqamətlərindən biridir və süni intellekt beynin funksiyalarını zəiflədə bilər.

İnsanın beyni təxminən 86 milyard neyronla işləyən mürəkkəb sistemdir. Bu sistemin əsas xüsusiyyətlərindən biri neyroplastiklikdir – yəni beynin təcrübələrə uyğun olaraq özünü yenidən qurma qabiliyyəti.

Mütəxəssis qeyd edir ki, texnologiyanın zehni bacarıqlara təsiri yeni bir məsələ deyil. Məsələn, kalkulyatorların geniş yayılması insanların zehindən hesab aparma qabiliyyətini zəiflədib, naviqasiya sistemləri isə istiqamət tapmaq bacarıqlarına təsir göstərib.

Süni intellekt isə bu prosesi daha da irəli aparır. Artıq insanlar yalnız fiziki deyil, bəzi düşünmə proseslərini də texnologiyaya həvalə edir. Bu isə mühüm bir sualı ortaya çıxarır: düşünmənin bir hissəsini maşınlara buraxmaq beynin zəifləməsinə səbəb olurmu?

Alimlər bu suala qəti cavab verməsə də, neyrobiologiya vacib bir prinsip göstərir: istifadə olunmayan sinaptik əlaqələr zamanla zəifləyir.

Ekspertin fikrincə, süni intellekt düzgün istifadə edildikdə insan üçün güclü idrak dəstəyi ola bilər. O vurğulayır ki, süni intellekt dövründə ən vacib bacarıqlardan biri tənqidi düşünmə olacaq. Məlumata çıxış artıq asandır, lakin əsas məsələ doğru məlumatı seçmək və onu düzgün analiz etməkdir.

Aydın

--> -->