Xəbər lenti

Mark Rütte: NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır
Siyasət 11:26 27.03.2026

Mark Rütte: NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması istiqamətində əldə edilən əhəmiyyətli irəliləyişi alqışlayıb.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir.

Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır.
--> -->