Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda "FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da start götürəcək. Matçı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, millimizin 2016-cı ildə ilk sınağı olacaq. Komanda üç gün sonra - martın 30-da Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq.
FIFA Series–2026
27 mart
19:00. Azərbaycan – Sent Lüsiya
Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (hamısı Gürcüstan).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Şərhlər