"Bu yaxınlarda Vardenisdəki hərbi hissədə hərbçilər arasında münaqişə bıçaqlanmaya çevrilib”.
APA xəbər verir ki, bu barədə "Makaryan News” məlumat yayıb.
Məlumata görə insident nəticəsində üç hərbçi yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.
Ermənistanın Müdafiə Nazirliyi yaralı hərbçilərin həyatının təhlükə altında olmadığı və xəstəxanada nəzarəti altında olduqları barədə məlumat yayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.
İnsidentlə bağlı istintaq başladılıb, araşdırma aparılır.
Şərhlər