Xəbər lenti

Regionlarda evlərə çıxarış verilməsi niyə müşkülə çevrilib? (VİDEO)
Video 23:55 26.03.2026

Regionlarda evlərə çıxarış verilməsi niyə müşkülə çevrilib? (VİDEO)

Bölgələrdə, xüsusilə kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır... Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün öz evlərini qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı, mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinlik yaşayırlar:

Əlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.

Onun sözlərinə görə, mülkiyyətin addan-ada keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin, xüsusən kənd yerlərində evlərin çıxarışının olmaması problemlər yaradır.

Ekspertin fikrincə, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. O hesab edir ki, problemin effektiv həlli yalnız kompleks yanaşma və sistemli tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

--> -->