Xəbər lenti

Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər
Dünya 19:55 09.04.2026

Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər

Müasir dünyada, inkişaf etmiş ölkələrdə qadınlar istədikləri kimi geyinə bilərlər - ətəklər və donlar ötən əsrdə yeganə seçim olmaqdan çıxıb.  Qızlar getdikcə şalvar və cins şalvarlara üstünlük verirlər, çünki bu, həm rahat, həm də şıkdır. Müasir dövrdə qadınlar yaşından asılı olmayaraq istədikləri kimi geyinə bilirlər və cins şalvarlar rahatlıqla yanaşı, üslubun da vacib hissəsinə çevrilib. Lakin 50 yaşdan sonra düzgün model seçimi daha böyük əhəmiyyət kəsb edir.

Qaynarinfo xarici mediaya istinadən 50 yaşdan yuxarı qadınlar üçün cins şalvar seçimində əsas məsləhətləri təqdim edir.

Hansı cins modelləri daha uyğundur?

Mütəxəssislər bildirirlər ki, yalnız trendə uyğunlaşmaq kifayət deyil. Parçanın keyfiyyəti, kəsimi, uzunluğu və bel hissəsinin forması ümumi görünüşə ciddi təsir edir.

Qısaldılmış modellər - yalnız qısa boylu insanlar üçün

Bu tip cinslər yalnız boyu qısa qadınlar üçün daha uyğun sayılır. Uzunboy qadınlarda isə əks effekt yarada və ayaqları vizual olaraq qısalda bilər.

Qalın denim parça

Daha sıx və qalın materialdan hazırlanan cinslər bədən formasını daha yaxşı saxlayır, fiqurun qüsurlarını gizlədir və daha səliqəli görünüş yaradır.

Bel hissəsinin seçimi

Yüksək bel hər kəs üçün uyğun deyil. Qarın nahiyəsində artıq çəki varsa, bu model onu daha da qabarda bilər. Alternativ olaraq orta bel daha balanslı seçim hesab olunur.

Sadə dizayn üstünlük təşkil edir

Müasir moda daha minimalist yanaşmanı önə çıxarır. Cırıq, köhnəlmiş effektlər və artıq dekor elementləri ümumi görünüşü sadələşdirmək əvəzinə ucuz göstərə bilər.

Dar modellər (skinny)

Bu tip cinslər fiqurun bütün xüsusiyyətlərini qabartdığı üçün 50+ yaşda hər zaman uğurlu seçim sayılmır. Bunun əvəzinə "mom”, "boyfriend” və ya "banan” kəsimli modellər daha uyğun hesab olunur.

Dekor və aksessuarlar

Payetlər, naxışlar və digər bəzəklərdən uzaq durmaq tövsiyə olunur. Sadə, tünd rəngli modellər daha zərif və universal görünüş yaradır.

Əsas prinsip: rahatlıq və uyğunluq

Dizaynerlər vurğulayır ki, ən vacib meyar trend deyil, geyimin konkret olaraq sizin bədən quruluşunuza uyğun olmasıdır. Düzgün seçilmiş cins şalvar həm fiquru daha zərif göstərə, həm də ümumi görünüşü cavanlaşdıra bilər.

Aydın
--> -->