Xəbər lenti

Sabah Bakının 3 rayonunda qaz kəsiləcək
Ekonomiks 21:00 09.04.2026

Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Aprelin 10-da Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.

Bu barədə  Qaynarinfo-ya  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

--> -->