Xankəndi şəhərində fəaliyyət göstərən "Xan Yaşma” idman klubunun təmsilçisi Amin Qəhrəmanov AFC döyüş liqasında qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, bu, Qəhrəmanovun ilk peşəkar döyüşü olub.
"Selection 15” seriyasında 77 kq çəki dərəcəsində ilk peşəkar döyüşünü boğucu fəndlə vaxtından əvvəl başa çatdıraraq qələbə qazanıb. Aminin məşqçisi Əli İsgəndərov Fanat.Az-a bildirib ki, yetirməsi bu qələbəsi ilə tarixə düşüb: "İşğaldan azad olunmuş Qarabağda ilk və tək rəsmi idman zalı olan "Xan Yaşma”nın ilk peşəkar döyüşçüsü bu qələbəsi ilə bizi çox sevindirdi. Çünki Amin Qəhrəmanov bununla tarixə düşdü. İnanıram ki, bu qələbə "Xan Yaşma” idman klubunun digər təmsilçiləri üçün motivasiya rolunu oynayacaq və onların döyüş ruhunu artıracaq”.
Şərhlər