Xəbər lenti

Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu
İdman 20:42 09.04.2026

Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.

Qaynarinfo xəbər verir ki, Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub.

Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.
--> -->