Xəbər lenti

Deputat Elnarə Akimova Özbəkistanda  konfransda çıxış etdi (FOTO)
Foto 20:27 09.04.2026

Deputat Elnarə Akimova Özbəkistanda konfransda çıxış etdi (FOTO)

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik konfransda çıxış edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universiteti tərəfindən birgə təşkil olunan tədbir Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.
E. Akimova çıxışında bildirib ki, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay çərçivəsində əlifba, ədəbiyyat və tarix sahələrini əhatə edən mühüm elmi məruzələr təqdim olunub. Onun sözlərinə görə, həmin qurultay türk xalqlarının ortaq dil və mədəni irsinin sistemli şəkildə öyrənilməsi və müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Deputat vurğulayıb ki, bu kimi tədbirlər türk dünyasının zəngin elmi və mədəni irsinin yenidən dəyərləndirilməsi üçün mühüm platformadır. Onun sözlərinə görə, müasir dövrdə bu irsin актуallığının qorunması və beynəlxalq elmi mühitdə təqdim olunması xüsusi önəm daşıyır.

Millət vəkili həmçinin diqqətə çatdırıb ki, Birinci Türkoloji Qurultayda qəbul edilən ideyalar bu gün də öz əhəmiyyətini itirməyib və türk xalqları arasında elmi əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir.
--> -->