Xəbər lenti

Bu xəstəxananın 4 tenderi eyni gündə ləğv edildi
Ekonomiks 15:53 22.02.2025

Bu xəstəxananın 4 tenderi eyni gündə ləğv edildi

Şəki rayon Psixiatriya Xəstəxanasının toplam dəyəri 12500 manat olan 4 tenderi eyni gündə ləğv edilib.

Valyuta.Az bu barədə dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir. 

Məlumata əsasən, xəstəxananın ləğv edilən tenderləri, proqramların satınalınması, liftlərə texniki baxışın keçirilməsi, qazanxanaya və nasosxana texniki baxışin keçirilməsi və 1C proqramının alınması və quraşdırılması xidmətlərinin satınalınmasından ibarət olub. 

Proqramların satınalınması tenderinin ehtimal olunan qiyməti 1000 manat, liftlərə texniki baxışın keçirilməsi 3500 manat, qazanxanaya və nasosxana texniki baxışin keçirilməsi və 1C proqramının alınması və quraşdırılması xidmətlərinin satınalınmasının isə hər ikisi ayrı-ayrılıqda 4000 manat dəyərində olub. 

Qeyd edək ki, tenderlər "Dövlət satınlamalar haqqında" qanunun 36.1.1. bəndinə uyğun olaraq (satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması) ləğv edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->