Xəbər lenti

Pobert Koçaryan revanşa hazırlaşır? (ŞƏRH)
Dünya 15:31 22.02.2025

Pobert Koçaryan revanşa hazırlaşır? (ŞƏRH)

"Koçaryanın fəallaşması Moskvanın ssenarsinə əsaslanır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə keçmiş Ermənistan prezidentinin aktivləşməsinin hardan qaynaqlandığına aydınlıq gətirərkən deyib:

"Məsələ ondadır ki, Tramp adminstrasiyası Bayden adminstrasiyasında olduğu kimi Ermənistana iqtisadi və siyasi yardımlar etməyəcək. Rusiya da istəmir ki, Paşinyan hökuməti fəaliyyətini davam etdirsin. Çünki onun yürütdüyü siyasət Rusiyanın geosiyasi maraqlarına ziddir. Bu fonda keçmiş prezident Koçaryanın fəallaşması da Moskvanın sifarişidir. Ancaq Koçaryanın ölkə daxilində nüfuzu yoxdur. Xalq onu dəstəkləmir. Həm də Paşinyan mövqeyini bərkidib”. 
 


Ekspert qeyd edir ki, Trampın gəlişi və atdığı addımlar Paşinyanı da qorxudub:
 
"Paşinyan hökumətinə qarşı zaman-zaman siyasi təzyiqlər olub və bu yenə də olacaq-mitinqlər, aksiyalar şəklində. Ermənistanda hələ də Rusiyanın 102-ci hərbi bazası yerləşir. Ölkə iqtisadi baxımdan mühüm ölçüdə Rusiyaya bağlıdır. Bu da onu göstərir ki, Ermənistan hələ tam olaraq Rusiyanın tabeçiliyindən çıxmayıb. Belə vəziyyətdə Paşinyan Avropaya inteqrasiya yolunu tutsa da, Trampın hakimiyyətə gəlməsindən sonra erməni Baş nazir də qorxuya düşüb. Bu açıq şəkildə hiss olunur”. 

Həmsöhbətimizin fikrincə, elə buna görə də hazırkı dövrdə Rusiyanın Cənubi Qafqaza siyasi təzyiqləri müəyyən dərəcədə artacaq:
 
"Moskva Koçaryan və digərləri vasitəsilə zaman-zaman Paşinyana siyasi təzyiqlər göstərə bilər. Bunu unutmamalıyıq. Belə durumda Paşinyanın hansı təpkilər verəcəyi, hansı siyasəti yürüdəcəyi maraqlıdır. Çünki artıq əvvəlki dövr deyil. Dünya nizamı dəyişir. Paşinyan boşluğa yol versə, özü və hökuməti üçün ciddi problemlər yarana bilər”. 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu həftənin əvvəlikdə mətbuat konfransı keçirib. Onun Baş nazir Nikol Paşinyanın xarici və daxili siyasətini sərt tənqid etməsi həm İrəvanda, həm də onun sərhədlərindən kənarda diqqət çəkib. Xüsusilə Ermənistan hakimiyyəti Koçaryanın fikirlərini Rusiya köləliyinə çağırış kimi qiymətləndiriblər.
 
Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezidenti çıxışındakı yaltaq notlara görə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya bənzədib.
 
Erməni analitik Tevos Arşakyanın isə fikrincə, İrəvanın Qərblə münasibətləri möhkəmləndikcə, Rusiyanın "beşinci kolon”u əsəbiləşir:
 
"Sabiqlər - Robert Köçəryan və Serj Sərkisyan aktivləşirlər, bir növ, "xortlayırlar”. Koçaryan hətta mətbuat konfransı keçirib, yenidən cəfəngiyyatlarını səsləndirdi. Moskvanı və onun Ermənistan daxilindəki "mələklərini” hər cür şəkildə ölkə hakimiyyətinin sükanı arxasına keçirməyə çalışanları qorxudan Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasıdır. Onlar Rusiyanın İrəvanın avropayönümlü istəklərinə respublikanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxdığını söyləməklə erməni cəmiyyətini qorxuya salırlar". 

Aydın məsələdir ki, "siyasi meyit” hesab olunan Koçaryanın və ətrafının son günlər hərəkətə gəlməsi heç də öz təşəbbüsünün nəticəsi deyil. Bu, Moskvanın sifarişidir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->