Ermənistanın Azərbaycan torpaqlarına işğalçı müharibəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Xocalıda baş verən soyqırım olub. Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı soyqırımından sonra Azərbaycanın hər tərəfindən yüzlərlə insan könüllü olaraq Qarabağa gəlib Vətəni düşmənlərdən xilas etmək üçün silaha sarıldı.
Belə qəhrəmanlardan biri də Mingəçevir şəhərində "Kosmos" kinotetrında kinomexanik işləyəm Natiq Qasımov idi. Öz adını tarixə beş gün təkbaşına düşmənlə savaşıb, onlara ağır zərbələr vuraraq yazan Natiq sonradan dinc insanların həyatını xilas etmək üçün təslim olsa da, Azərbaycanın üç rəngli bayrağını əlindən yerə qoymayaraq qəhrəmancasına başı dik, ürəyində Vətən sevgisi ilə şəhid olub.
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev və təşkilatın üzvləri Xocalı soyqırımının 33-cü ildönümündə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Natiq Qasımovun Gəncədə yaşayan anası Dursun Qasımovanı, qardaşı Nofəl Qasımovu və ailə üzvlərini ziyarət edib.
Görüş zamanı "Vətən Bağı" adından ailəyə Milli Qəhrəmanın saplarla toxunmuş portretini hədiyyə təqdim edilib. Natiq Qasımovun uşaqlığı, gəncliyi, müharibəyə getməsi, döyüş xatirələri, şəhid olması və digər mövzularda ailənin xatirələrini dinləyən İB üzvləri onun fotoları ilə tanış olub. Dursun ana Natiq barədə, onun Vətəni sevməsi, uşaqlıqdan Azərbaycana bağlılığı, şəhid olmasından sonra yaşadığl acıları danışıb. Qardaşı Nofəl Qasımov müharibə dövründə Natiqi axtarışları barədə, Ağdama bununla bağlı səfərlər barədə məlumat verib. Ailənin digər üzvləri də öz xatirələrində Natiq Qasımovun necə bir qardaş olmasını bölüşüb.
Gəncədən qürurverici təəssüratlarla ayrılan "Vətən Bağı" Sosial Təşəbbüslər İB-nin üzvləri 2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsində yaradılan, 4000-dək meyvə ağacları içərisində Milli Qəhrəman Natiq Qasımovun da adı olan eyniadlı şəhidlər bağını ziyarət edib, cəmi şəhidlər üçün dualar səsləndiriblər.
Xatərladaq ki, "Vətən Bağı"ndakı ağaclara şəhidlərimizin şəkli, adı, ata adı və soyadı olan, QR kodlu məlumat lövhələri yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkündür.
Allah bütün şəhidlərimizin ruhunu şad eləsin!
Dövlətimizin "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasını dəstəkləyib, hər bir layihəmizdə bunu dünyadan tələb edirik.
Şərhlər