Xəbər lenti

Nəsrin məşhur türk aktyorla sevgilidir?
Maqazin 20:55 22.02.2025

Nəsrin məşhur türk aktyorla sevgilidir?

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yenidən özəl həyatı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, türk mediası aktrisanın həmkarı Pamir Pekinlə eşq yaşadığını iddia edib. Belə ki, "Sandık kokusu" serialında rol alan cütlük çəkiliş meydançasında həddindən artıq birgə vaxt keçirməsi ilə diqqət çəkib. Bu da onlar barəsində eşq şayiələrinin yaranmasına səbəb olub.

Tərəflər məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Nəsrinlə Pamir sözügedən serialda iki aşiqi canlandırır. Ekran işi 50-ci bölümdə final edəcək. 

Nəsrin daha əvvəl aktyor Gökhan Alkanla nişanlı olub. Onlar ayrılıblar. Nəsrin son paylaşımlarında həyatında birinin olduğuna işarə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->