Xəbər lenti

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 1 gündə 48.5 mln.luq tender elan edib
Ekonomiks 19:57 22.02.2025

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 1 gündə 48.5 mln.luq tender elan edib

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 yeni tender elan edib. 

Valyuta.Az bu barədə dövlət satılmaların vahid internet portalına istinadən xəbər verir.

Məlumata əsasən, qurumun elan etdiyi tenderlər Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində və Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması ilə bağlıdır.

Tenderlərin ehtimal olunan qiyməti müfaviq olaraq 24.500.000 və 24.000.000 manatdır.

Qeyd edək ki, ilk tender üçün təkliflərin son təqdim edilmə tarixi 21 aprel 2025-ci il saat 16:00, ikinci tender üçün isə 21 aprel 2025-ci il saat 15:00 təyin edilib.

Xatırladaq ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 2019-cu ildə sabiq baş nazir Novruz Məmmədovun qərarı ilə yaradılıb.

Yaradıldığı gündən bəri qurum 22 ədəd miqdarı milyon manatdan çox olan müqavilələr imzalayıb. Bu müqavilələrin altısı son 1 ildə imzalanıb.

Bunlar

- 04.07.2024 tarixində "Xezer Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.540.614,99 AZN dəyərində;

- 16.07.2024 tarixində "Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 31.400.007,68 AZN dəyərində;

- 24.07.2024 tarixində yenidən "Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7.212.000 AZN dəyərində

- 01.08.2024 tarixində "Az Arxitektura” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6.443.053,43 AZN dəyərində;

- 08.08.2024 tarixində yenidən "Xezer Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6.443.053,43 AZN dəyərində

- 16.01.2025 tarixində "VEST-LTD" Qapalı Səhmdar Cəmiyyəti ilə 37.230.105,82 AZN dəyərində imzalanan müqavilələrdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->