Xəbər lenti

Braziliyalı futbolçu:
İdman 22:41 29.10.2024

Braziliyalı futbolçu: "Qaradərili olduğuna görə ikiqat yaxşı olmalısan"

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Ludmila da Silva sosial şəbəkələrdə "Qızıl top"u "Real Madrid"in futbolçusu Vinisiusun deyil, "Mançester Siti"nin ingilis futbolçusu Rodrinin almasına reaksiya verib.

Qaynarinfo xəbər verir ki, "Racionais MC's" və "Afro-X A Vida E Desafio" mahnısından fraqment dərc edən futbolçu yazıb:

"Anamız gənc yaşlarından deyir: oğul, sən qarasan, sən ikiqat yaxşı olmalısan".

"Qızıl top" ("Ballon d'Or") Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk "Ballon d'Or" 1956-cı ildə verilib.

Ötən gün "Ballon d'Or" Rodriyə verilib. Əksər mütəxəssislər Vinisiusun mükafata daha çox layiq olduğunu düşünürdü. "Real Madrid" mükafatlandırma mərasimini boykot edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->