Xəbər lenti

İdman 19:35 16.05.2026

"Qarabağ" darmadağınla Avroliqaya vəsiqəni rəsmiləşdirdi

Misli Premyer Liqasının XXXII turunda daha iki görüş baş tutub.

Qaynarinfo-nun məlumatına görə, "Turan Tovuz" səfərdə "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (10), Dioqo Balau (28) və Abdulla Rzayev (83) fərqləniblər. Tovuz klubundan isə İbrahima Vadji (65) və Alexandro Serrano (73) rəqib qapısına yol tapıblar.

Bu nəticədən sonra "Turan Tovuz" 59 xalla 3-cü pillədə yer alıb. 38 xala malik "Şamaxı" isə 8-cidir.

Günü digər matçında "Qarabağ" "İmişli" ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Topları Kamilo Duran (47), Marko Yankoviç (66-p.) və Abdullah Zubir (78) rəqib qapısından keçiriblər.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda hazırda 66 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 33 xala malik "İmişli" isə doqquzuncudur.
 
"Qarabağ” ikinci yerdə olan "Turan Tovuz”la xal fərqini 7-yə çatdırıb. Bununla da Ağdam təmsilçinin Avroliqada iştirak edəcəyi dəqiqləşib.

Xatırladaq ki, turun ötən gün keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.
--> -->