Keçmiş Britaniya baş naziri hesab edir ki, Putin hazırda bunu bayram edir.
Böyük Britaniyanın keçmiş baş nazir Boris Conson bildirib ki, Donald Trampın irəli sürdüyü "sülh planı" Ukraynanın əsaslandırılmamış şəkildə kapitulyasiyaya məcbur edilməsidir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Daily Mail" üçün müəllif yazısında yazıb.
Onun sözlərinə görə, müharibədəki strateji vəziyyəti nəzərə aldıqda, ABŞ rəhbərliyinin bu təklifini yalnız onların qeyri-peşəkarlığı ilə izah etmək olar.
Consonun fikrincə, Putin yəqin ki, hazırda saysız-hesabsız saraylarından birində oturub televizorda xəbərlərə baxır və rəqiblərinin qeyri-kompetentliyinə, Qərbin heyrətamiz zəifliyinə istər-istəməz gülümsəyir.
O vurğulayır ki, dördillik müharibə ərzində Rusiya bir milyonadək hərbçisini öldürülmüş və yaralanmış kimi itirib, lakin müharibənin əvvəlində nəzarət etdiyi Ukrayna ərazilərinin 20 faizindən əhəmiyyətli dərəcədə çoxunu ələ keçirə bilməyib. Conson həmçinin Rusiyanın iqtisadi böhranını xatırladır. Belə bir şəraitdə ABŞ-ın irəli sürdüyü "sülh planı" isə onun fikrincə, sanki əvvəlcədən Kreml tərəfindən yazılıb.
"Bu, gülüncdür. Sülh planı Ukraynanın hərbi cəhətdən əlil vəziyyətə salınmasını nəzərdə tutur. Sənəddə Ukraynanın NATO-ya üzvlüyünə Rusiya vetosu və Ukrayna ərazisinə istənilən xarici qoşunların girişinə rus nəzarəti tələb olunur. Bundan başqa, ukraynalıların nəinki Krım və Donbası geri qaytarmaq cəhdlərindən imtina etməsi, həm də rusların heç vaxt nəzarət etmədiyi geniş əraziləri, o cümlədən təxminən 250 min ukraynalı dinc sakinin yaşadığı yerləri verməsi təklif edilir", deyə Conson bildirir.
Keçmiş hökumət başçısı, vaxtilə Trampı çox tərifləyən Conson indi onun qərarını "Ukraynaya tam xəyanət" adlandırır və bunun "inanılmaz" olduğunu deyir.
"Əgər Kiyevdə bu şərtlərə razı olmağa kifayət qədər dərəcədə ağılsız olsaydılar, Moskvanın marionetinə çevrilərdilər və üçüncü işğal təhlükəsi ilə daim üz-üzə qalardılar. Siz görürsünüz ki, bu, Ukraynanın guya dostlarının tam kapitulyasiyasıdır. Bu, Münhenij davamıdır", deyə o, 1938-ci ildə Britaniya və Fransanın Çexoslovakiyanın bir hissəsini Almaniyaya güzəştə getdiyi "Münhen sövdələşməsi"nə işarə edir.
Conson digər Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın da Trampın "sülh planı"na etirazlarını kifayət qədər qətiyyətli hesab etmir.
Aydın
Şərhlər