Futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya ilə qızı Harperə görə dava edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Now To Love" tabloidi yazıb.
Bu barədə mənbə bildirib ki, Bekhemlərin münaqişələrinin səbəbi futbolçunun Harperin böyüməsi ilə barışa bilməməsidir. Mənbənin sözlərinə görə, 13 yaşlı qız müstəqilliyini təsdiqləməyə və özü qərar verməyi öyrənməyə çalışır. Viktoriya Bekhem qızına dəstək olur, ona görə də əri ilə mübahisə edir.
"Viktoriya səbirli olmağa çalışır, lakin qızlarının həyatının növbəti mərhələsinə qədəm qoyması faktını ona qəbul etdirmək qeyri-mümkün görünür. Bu, onunla Devid arasında ziddiyyət yaradır, onların mübahisələrinin əsas səbəblərindən biri Harperin müstəqilliyi məsələsidir", deyə mənbə bildirib.
Viktoriya Devid Bekhemlə 1997-ci ildə tanış olub. Onlar Viktoriyanın dostu və "Spice Girls" qrupunun üzvü Mel C tərəfindən dəvət edildikləri bir futbol matçında bir araya gəliblər. Tanışlıqdan bir il keçməmiş nişanlandıqlarını açıqlayıblar. 4 iyul 1999-cu ildə Devid və Viktoriya evlənib. Onların Bruklin, Kruz və Romeo adlı üç oğlu və Harper adlı qızı var.
Aydın
Şərhlər