Xəbər lenti

Azərbaycanda məşhur şirkətlər qrupunun 16 milyon vergi borcu var
Ekonomiks 15:46 18.02.2025

Azərbaycanda məşhur şirkətlər qrupunun 16 milyon vergi borcu var

Azərbaycanda "zapraka”ları bağlanan məşhur şirkətlər qrupunun fantastik məbləğdə vergi borcu yaranıb.

Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən "MSDIS Holding” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 15 924 107,16 manat təşkil edir. 

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay Oğludur. Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2 572 000 manatdan 500 manata endirilib.

Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement” sement istehsal müəssisəsinə, "MS Kabel” kabel istehsalı müəssisəsinə, "MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer” müəssisəsinə, "MS Laminat”şirkətinə və "MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir. 

Ötən il "MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində "SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->