Dövlət Departamenti bildirib ki, İstanbulda Rusiya nümayəndələri ilə keçirilən görüşün nəticələrinə əsasən, hər iki ölkənin diplomatik missiyalarının fəaliyyətini sabitləşdirmək üçün konkret ilkin addımlar müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti" nəşri Dövlət Departamentinin açıqlamasına istinadən
yazır.
Dövlət Departamentinin məlumatına görə, İstanbul görüşü ABŞ və Rusiya diplomatik missiyalarının fəaliyyətinə həsr olunub.
ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa məsələləri üzrə köməkçi müavini Sonato Koulter, Rusiya nümayəndə heyətinə isə Rusiya Xarici İşlər Nazirliyinin Şimal-Atlantika departamentinin direktoru, səfir Aleksandr Darçiyev rəhbərlik edib.
"ABŞ bank və müqavilə xidmətlərinə çıxışla bağlı narahatlığını, həmçinin Moskvadakı ABŞ səfirliyində sabit və dayanıqlı kadr heyətinin təmin olunmasının vacibliyini ifadə edib. Konstruktiv müzakirələr zamanı hər iki tərəf bu sahələrdə ikitərəfli missiyaların fəaliyyətini sabitləşdirmək üçün konkret ilkin addımları müəyyən edib", – deyə məlumatda qeyd olunub.
ABŞ dövlət katibinin köməkçisinin müavini Koulter və səfir Darçiyev bu məsələlərlə bağlı növbəti görüşü yaxın vaxtlarda keçirmək barədə razılığa gəliblər, lakin görüşün tarixi, yeri və iştirakçı tərkibi əlavə olaraq müəyyən ediləcək.
Bundan əvvəl Kremlin rəhbəri Vladimir Putin Donald Tramp administrasiyasını "praqmatizm" və "gerçək baxış" nümayiş etdirdiyinə görə tərifləyərək, ABŞ nümayəndələri ilə ilkin təmasların "müəyyən ümidlər" yaratdığını qeyd etmişdi.
İstanbul danışıqları 18 fevralda Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə baş tutmuş görüşün davamı olub, həmin görüşdə Ukrayna nümayəndələri iştirak etməyib.
Ər-Riyaddakı danışıqlardan sonra ABŞ Dövlət Departamenti bildirmişdi ki, nümayəndə heyətləri ikitərəfli münasibətlərdə "narahatlıq doğuran amilləri aradan qaldırmaq" və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı danışıqlara hazırlığı davam etdirmək barədə razılığa gəliblər.
Alpər
Şərhlər