Xəbər lenti

Futbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salındı
İdman 21:10 21.02.2025

Futbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salındı

Futbol üzrə Azərbaycan çempionatının II Liqasının matçları təxirə salınıb.


Qaynarinfo xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.


Buna səbəb paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti olub.


PFL II Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.


Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->