Xəbər lenti

Bakıda bilyard üzrə ölkə çempionatı keçiriləcək
İdman 21:44 21.02.2025

Bakıda bilyard üzrə ölkə çempionatı keçiriləcək

 

Bakıda bilyardın sərbəst piramida növü üzrə ölkə çempionatı keçiriləcək.


Qaynarinfo xəbər verir ki, Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq yarışa sabah start veriləcək.


Turnir 50-80 top formatında keçiriləcək. İdmançılar sərbəst piramida qaydalarına uyğun olaraq güclərini sınayacaqlar. Uğurlu çıxış edənlər finala vəsiqə qazanacaqlar.


Azərbaycan çempionu olan idmançı ölkəmizi beynəlxalq arenada təmsil edəcək.


Qeyd edək ki, ölkə çempionatına fevralın 24-də yekun vurulacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->