Xəbər lenti

Xəzər dənizi ikiyə bölünəcək: Elmi işçinin dediyi elmdir, yoxsa öncəgörücülük?
Ölkə 12:39 25.11.2025

Xəzər dənizi ikiyə bölünəcək: Elmi işçinin dediyi elmdir, yoxsa öncəgörücülük?

Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılovun Xəzər dənizində suyun çəkilməsi ilə bağlı verdiyi açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.  O, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizin ikiyə bölünəcəyini proqnozlaşdırıb:

"Yerində iki göl qalacaq. Biri şimal hissədə Dərbənd çökəkliyində, digəri isə cənubda Lənkəran çökəkliyində. Bir daha qeyd edirəm ki, bu uzun zamandan sonra baş verəcək", deyə Mirnuh İsmayılov qeyd edib.
 


Xəzər dənizi doğrudanmı ikiyə bölünəcək?

Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılovun Xəzər dənizinin ikiyə bölünməsi ilə bağlı fikirlərini cəfəngiyyat adlandırıb:

"Bu, münəcimmlərin, falçıların proqnozlarına bənzəyir. Elmi işçi öncəgörücüdür, yoxsa? Prosesləri əvvəldən necə görür? Bu mənə maraqlıdır. Onun fikirlərinin heç bir elmi əsası yoxdur. Tektonik proses nəticəsində baş verəcək hadisəni sübut etməlisən. Tektonik proses zəlzələ nəticəsində baş verən hadisədir. Hanı zəlzələ? Xəzər dənizi ilə bağlı müzakirələr çox olur. Bu, suyu qidalandıran çayların azalması və eyni zamanda havanın isti keçməsi ilə bağlıdır. Bir sözü deyirsənsə, elmi əsaslara söykənməlisən və eyni zamanda sübut etməlisən. Bizim dediklərimizin elmi əsası var. Məsələn, suyun miqdarının azalması və s. Mirnuh İsmayılovun fikirlərində mən heç bir elmi əsas görmürəm. Adam kimlərinsə diqqətini çəkmək istəyir".
 


Xosrov Musayev hesab edir ki, Xəzər dənizi ilə bağlı müzakirələr çoxaldığından Mirnuh İsmayılov da küyə düşüb:

"Heç dahi alimlər belə bu fikiri söyləyə bilmir. Diqqət çəkmək üçün bu fikirləri deyib, ancaq AMEA-nın səsi çıxmır. AMEA bu fikri ilə demək istəyir ki, biz də varıq. Bilsinlər ki, belə bir elm ocağı var".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->