Xəbər lenti

Xalq artisti professor oldu (FOTO)
Sənət 11:13 09.05.2022

Xalq artisti professor oldu (FOTO)

Xalq artisti Nəzakət Teymurova professor adına layiq görülüb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Nəzakət Teymurova bildirib ki, bu ad onun pedaqoji fəaliyyətinə görə verilib:
 
"Bizim muğam sənətində xidmətlərimiz, məsələn, tələbə yetişdirmək, tədbirlərdə iştirak etmək, konsertlər keçirmək və s. bunların hər biri nəzərə alınaraq, belə bir ada layiq görüldüm”.

Qeyd edək ki, bundan əvvəl Xalq artisti Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov professor adına layiq görülüb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->