Xəbər lenti

Vyetnam uğrunda nüfuz savaşı: Baydenin ardınca Si Szinpin Vyetnama gəldi
Dünya 17:25 12.12.2023

Vyetnam uğrunda nüfuz savaşı: Baydenin ardınca Si Szinpin Vyetnama gəldi

Çərşənbə axşamı, dekabrın 12-də Çin Prezidenti Si Cinpin ölkələr arasında əlaqələri yaxşılaşdırması üçün Vyetnama iki günlük səfərə gəlib. Çin liderinin səfəri ABŞ prezidenti Co Baydenin ölkəyə səfərindən üç ay sonraya təsadüf edir.

Bu barədə Qaynarinfo Reuters-ə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, iki liderin səfərləri arasındakı sıxlıq Vyetnamda "böyük güclərin nüfuz uğrunda yarışdığını” göstərir.

Si Szinpin sonuncu dəfə altı il əvvəl Hanoyda olub.

Rəsmilər bildiriblər ki, Si Szinpinin səfəri aylardır planlaşdırılıb. Bundan əlavə, Baydenin oraya gəlişindən bir neçə gün əvvəl səfərin təşkili imkanları nəzərdən keçirilib.

Yaxın iqtisadi əlaqələrə baxmayaraq, Çin və Vyetnam arasında Cənubi Çin dənizində sərhəd mübahisələri və dövlətlər arasında min illik qarşıdurma var.
Si Szinpin səfər öncəsi Vyetnam Kommunist Partiyasının qəzetində dərc olunan şərhində "Asiyanın gələcəyi yalnız asiyalıların əlindədir" deyib. 

O, əlavə edib ki, iki ölkə arasında ortaq gələcəyi olan bir icma strateji əhəmiyyət kəsb edəcək, lakin ABŞ-a açıq-aydın istinad edən, lakin onun birbaşa adını açıqlamadan "dünyada hegemonluğun” artmasına qarşı xəbərdarlıq edib.

Rəsmilər və diplomatlar qeyd ediblər ki, Si Szinpinin səfəri Pekinin iki tərəf arasındakı əlaqələri təsvir etmək üçün istifadə etdiyi "ortaq gələcək” ifadəsinin işlədilməsi ilə bağlı uzunmüddətli danışıqlara görə təxirə salınıb. Belə ki, ilkin olaraq Vyetnam "ortaq gələcək” ifadəsinin işlədilməsinə qarşı olub.
Çin səfiri Sün Bo bildirib ki, Çinlə Vyetnam arasında əlaqələrin gücləndirilməsi ölkələri "onlarla əməkdaşlıq sənədi” imzalamağa gətirib çıxaracaq.

Sazişlərin qonşu ölkələr arasında dəmir yolu əlaqələrini təkmilləşdirmək üçün Çin sərmayəsini cəlb edəcəyi gözlənilir və nəqliyyat əlaqələrinin genişləndirilməsi Vyetnama Çinə ixracı, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracını artırmağa imkan verəcək.

O, həmçinin qeyd edir ki, Çin Vyetnamı özünün Rəqəmsal İpək Yoluna daxil etməyə çalışır ki, bu da yeni sualtı fiber optik kabellərə, 5G şəbəkəsinə və digər telekommunikasiya infrastrukturlarına investisiyaların qoyulmasına səbəb ola bilər.

Si Szinpin həmçinin təhlükəsizlik, nəqliyyat, yaşıl enerji və kritik minerallar sahələrində daha da dərin əməkdaşlığa çağırıb.

Xatırladaq ki, Bayden sentyabrın 10-da Hanoyda olub. Sonra Vyetnamla yarımkeçiricilər və nadir metallarının istehsalı üçün müqavilələr bağlanıb. 
KİV yazıb ki, ABŞ lideri Çin və Rusiyanın təsirinə qarşı çıxmaq cəhdi çərçivəsində Cənubi Asiyada münasibətlərin gücləndirilməsinə üstünlük verir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->